Okt
2021
17:31
70
601
13350
Virtual karabakh

Abşeronda kişi arvadına 25 bıçaq zərbəsi vuraraq öldürüb - YENİLƏNİB + VİDEO

8 Okt, 2021
17:31
13350

Abşeronda kişi arvadına 25 bıçaq zərbəsi vuraraq öldürüb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda baş verən qətlin bəzi təfərrüatı məlum olub.

Baku TV xəbər verir ki, 1991-ci il təvəllüdlü Sənan Umarovun qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı həyat yoldaşı 1999-cu il təvəllüdlü İnci Umarovaya 25 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, S.Umarov yaşadıqları evdə qadına üç bıçaq zərbəsi vurub. Daha sonra İ.Umarova qaçaraq qonşuya sığınıb. Qadının arxasıyla gedən əri İ.Umarovaya daha 22 bıçaq zərbəsi vuraraq onu öldürüb.

09:24

Oktyabrın 7-si saat 11:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri