Okt
2021
15:00
42
326
7638
Virtual karabakh

Astarada qadınlar arasında dava: Biri öldürüldü - YENİLƏNİB

8 Okt, 2021
15:00
7638

Astarada qadınlar arasında dava: Biri öldürüldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

13:24

Astara rayonunda qohumlar arasında dava düşüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Ağayeva Gülsevər Hilal qızı həyat yoldaşının əmisi arvadı Ağayeva Mehparə Ağamirzə qızına bıçaq xəsarətləri yetirib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri