Okt
2021
13:40
238
20
3426
Virtual karabakh

Polis əməliyyat keçirib, üç nəfər saxlanılıb - FOTO

8 Okt, 2021
13:40
3426

Polis əməliyyat keçirib, üç nəfər saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Mirzəli Paşayev, Elşad İlyaszadə və Tərlan Məmmədov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və psixotrop maddə olan metadon aşkar edilərək götürülüb.

Faktlarla bağlı istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri