18 
Okt
2021
10:48
10
240
2421
Virtual karabakh

Küçədə söyüş söyən şəxs ona irad tutan kişini bıçaqladı

18 Okt, 2021
10:48
2421

Küçədə söyüş söyən şəxs ona irad tutan kişini bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xəstəxanayanı küçəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Ələkbərov Güloğlan Veysəl oğlu küçədə söyüş söyən şəxslərə öz iradını bildirib. Bu zaman o, həmin şəxslərdən biri ilə əlbəyaxa dava edib. Dava zamanı G.Ələkbərov əl və ayaq nahiyəsindən iki bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri