20 
Okt
2021
15:08
98
62
1685
Virtual karabakh

Gəncədə evlərdən doqquz min manatlıq oğurluq edildi - FOTO/VİDEO

20 Okt, 2021
15:08
1685

Gəncədə evlərdən doqquz min manatlıq oğurluq edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik satmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli bilinən şəhər sakini Şahin Fətullayev saxlanılaraq Polis İdarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman 13 ədəd ayrı-ayrı sellofan bükümlərdə metamfetamin və doqquz ədəd sellofan bükümdə heroin aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa idarə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədov cari və ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 9 000 manat olan qızıl-zinət əşyalarını, məişət və elektrik avadanlıqlarını oğurlayıb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri