21 
Okt
2021
12:04
358
20
2987
Virtual karabakh

Azyaşlıya qarşı soyğunçuluq edən keçmiş məhkum TUTULDU

21 Okt, 2021
12:04
2987

Azyaşlıya qarşı soyğunçuluq edən keçmiş məhkum TUTULDU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Araşdırmalarla onun Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib.

Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı ondan beş qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri