21 
Okt
2021
14:12
170
15
1864
Virtual karabakh

Fermadan külli miqdarda oğurluq edən şəxs SAXLANILDI

21 Okt, 2021
14:12
1864

Fermadan külli miqdarda oğurluq edən şəxs SAXLANILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fermadan oğurluq edən Astara sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Qamışlı kəndində yerləşən fermadan ümumi dəyəri 3 800 manat olan müşahidə kameraları, soyuducuya aid motor və radiatorların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini Bəhruz Səmədov olduğu müəyyən edilib.

Oğurladığı əşyalar onun saxladığı yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri