25 
Okt
2021
16:08
101
38
2859
Virtual karabakh

Bakıda arvadını azyaşlı övladının gözü qarşısında öldürən şəxsdən XƏBƏR VAR

25 Okt, 2021
16:08
2859

Bakıda arvadını azyaşlı övladının gözü qarşısında öldürən şəxsdən XƏBƏR VAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

30 iyul 2021-ci il tarixdə 1975-ci il təvəllüdlü Nailə Əliyevanın evə gedərkən küçədə öldürülməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürüb.

Elçin Ələkbərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri