26 
Okt
2021
16:24
146
14
1765
Virtual karabakh

Qohumuna qarşı dələduzluq edən qadın hakim qarşısına çıxacaq

26 Okt, 2021
16:24
1765

Qohumuna qarşı dələduzluq edən qadın hakim qarşısına çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli rayon sakini Maral Xəlilovanın öz qohumunun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Füzuli rayon prokurorluğundan bildirilib. İstintaqla müəyyən edilib ki, Maral Xəlilova xalası qızı Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadə barəsində Füzuli rayon polis şöbəsinin İstintaq bölməsində araşdırılan cinayət işinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsinə köməklik edəcəyi adı ilə ondan ümumilikdə 13 min manat məbləğində pul alıb.

Maral Xəlilovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri