27 
Okt
2021
13:24
176
19
2153
Virtual karabakh

Qubada fəhlənin ölümünə görə şirkət direktoru məsuliyyətə cəlb edilib

27 Okt, 2021
13:24
2153

Qubada fəhlənin ölümünə görə şirkət direktoru məsuliyyətə cəlb edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 12-si 2021-ci il tarixində Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Quba Rayon Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, “NB Construction” MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunan Elman Abbasov Quba şəhərində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcı mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

“NB Construction” MMC-nin direktoru Namidar Bəhlulov Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həmçinin, Namidar Bəhlulov tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi faktına görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba Regional Ərazi şöbəsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri