Noy
2021
15:16
8
332
2665
Virtual karabakh

Bakıda fəhlə “KamAZ”ın altında qalaraq öldü

3 Noy, 2021
15:16
2665

Bakıda fəhlə “KamAZ”ın altında qalaraq öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 2-si saat 02:00 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1986-cı il təvəllüdlü Cəmaləddin Zeynalovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Cəmaləddin Zeynalov işlədiyi daş karxanasında hərəkətdə olan “KamAZ” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq  təkərin altında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri