Noy
2021
15:43
21
793
18466
Virtual karabakh

Azərbaycanda öz dölünü zibil qutusuna atan qadın tapıldı - YENİLƏNİB + VİDEO

4 Noy, 2021
15:43
18466

Azərbaycanda öz dölünü zibil qutusuna atan qadın tapıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Ağsu şəhərində zibil qutusundan tapılan döl ilə bağlı daha bir açıqlama verib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə döl aşkarlanması barədə polisə məlumat daxil olub:

“Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl oradan götürülərək ekspertizaya göndərilib. 

Keçirilən tədbirlərlə həmin qadın müəyyən edilib və o, Ağsu Rayon Polis Şöbəsinə dəvət olunub. Qadın bildirib ki, döl 3 aylıq olub. O, izahatında səhhəti ilə əlaqədar uşaq dünyaya gətirə bilmədiyini və ailəsinin də razılığı ilə bu yola əl atdığını bildirib. 

Hazırda araşdırmalar davam etdirilir və nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

12:07

Daxili İşlər Nazirliyi Ağsu şəhərində zibil qutusundan tapılan döl ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə dölün olması barədə Polis Şöbəsinə məlumat daxil olub:

“Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl götürülərək müvafiq ekspertizaya təqdim edilib. Hələlik dölün kim tərəfindən atıldığı məlum deyil və faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır”.

İlhamə Əbülfət

11:24

Ağsu şəhərində döl tapılıb. 

Oxu.Az-ın məlumatına görə, döl şəhər ərazisində yerləşən zibil qutusuna atılıb.

Dölün kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri