Noy
2021
12:42
213
8
2457
Virtual karabakh

Bakıda narkokuryerlik və oğru “peşələrini” birləşdirən şəxslər SAXLANILDI - VİDEO

4 Noy, 2021
12:42
2457

Bakıda narkokuryerlik və oğru “peşələrini” birləşdirən şəxslər SAXLANILDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində narkokuryerlik və 10 avtomobilin şüşəsini sındıraraq oğurluq edən ümumilikdə dörd nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı paytaxt sakinləri Ceyhun Rufullayev, Nəsimi Babayev və Rüfət Quliyev saxlanılıblar.

Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.

İdarənin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb.

Belə ki, Polis Şöbəsinə rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1 000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Nəsimi və Yasamal rayonlarında daha doqquz avtomobildən ümumilikdə 2 424 manat pul, bankomat kartları, 1 150 manat dəyərində eynəklər, mobil telefonlar, içərisində 150 manat dəyərində qızıl sırğa və iki ədəd yaddaş kartı olan çanta, eləcə də kosmetik əşyalar oğurlaması müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər istintaqa cəlb olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri