14 
Sen
2017
15:39
23
170
6833
Virtual karabakh

Sumqayıtda dava: Qonşular silaha əl atdılar – VİDEO

14 Sen, 2017
15:39
6833

Sumqayıtda dava: Qonşular silaha əl atdılar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda qonşular arasında dava olub, onlardan biri digərinin evinə gələrək, üstünə silah çəkib.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək, tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar TağızadəQabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq, istintaqa cəlb olunub.

Anar Tağızadə ilkin ifadəsi zamanı zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nalayiq ifadələr işlətdiyini və bu səbəbdən də onu tanışı Qabil Əliyevlə birlikdə döydüyünü etiraf edib.

Anar Tağızadə (saxlanılan şəxs): “Onu dəfələrlərlə vurdum, sonra əlimdən alıb apardılar. Sonra eşitdim ki, bu, ailə üzvlərimi təhqir də edib. Getdim evlərinə, evlərini tanımırdım, soruşdum. Bunu görən kimi daha da əsəbiləşdim. Özümü ələ ala bilmədim, avtomaşındakı silahı götürdüm. Qaçıb evlərinin qapısını yumruqladım. Çatan kimi bunu yumruqla vurdum”.

Anar Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri