Noy
2021
14:38
321
20
4922
Virtual karabakh

Bakı polisindən əməliyyat: 26 nəfər SAXLANILDI - FOTO/VİDEO

6 Noy, 2021
14:38
4922

Bakı polisindən əməliyyat: 26 nəfər SAXLANILDI - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin oğurluqlar edən şəxslərə qarşı son 10 gün ərzində rayon ərazisində silsilə əməliyyat tədbirləri həyata keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, rayonun Hövsan, Əmircan, Bülbülə və Yeni Günəşli qəsəbələrində qeyd olunan hüquqazidd əməllər törədən 26 nəfər saxlanılıb.

Əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində paytaxt sakini Rafiz Mustafayev saxlanılıb. Onun üzərindən bir ədəd yivli avtomatik tapança, bir ədəd daraq, altı ədəd patron aşkar edilib. Əmircan qəsəbəsində həyata keçirilən digər əməliyyat zamanı isə Abidin Ağayev və Zaur Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. Abidin Ağayevin yaşadığı evə baxış zamanı bir ədəd əl qumbarası, 11 ədəd patron, bir ədəd sənədləri olmayan ov tüfəngi, bir ədəd pnevmatik tapança və 92 qram heroin aşkar edilib. Zaur Ağayevin qəsəbə ərazisində yaşadığı ünvandan isə 1 kiloqram 270 qram marixuana, 18 qram heroin, 48 qram metamfetamin, eləcə də tiryək, 10 ədəd psixotrop tərkibli metadon və preqabalin həbi, iki ədəd elektron tərəzi və bir ədəd sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Hövsan qəsəbəsində həyata keçirilən növbəti əməliyyatlar zamanı həmin ərazidə yerləşən binalardan 40 ədəd su sayğacı oğurlayan Alik Ələkbərov, eləcə də üç evdən oğurluq edən İlham və Tural Məmmədov qardaşları saxlanılıblar. Alik Ələkbərovun üzərindən həmçinin narkotik vasitə olan heroin də aşkar edilib.

Qeyd edilən dövr ərzində idarə əməkdaşlarının Yeni Günəşli qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər - Samir Abbasəliyev, Kamran Rəfibəyli, Ağaəli Ağayev, Bilal Səfərov, Vüsal Tanrıverdiyev, Natiq İrzayev, Əfsanə Rəsulova və Şəhriyar İslamov saxlanılıb. Onların üzərində aparılan şəxsi axtarış və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

İdarənin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Əmircan və Bülbülə qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha yeddi nəfər - Cəfər Hacıyev, Əliseyran Seyfullayev, İlqar Nəcəfov, Valeh Mirzəzadə, Əjdər İsgəndərov, Kamil Kərimov və Elman İsmayılov saxlanılıb. Onların da üzərindən və yaşadıqları evlərdən satış məqsədi ilə əldə etdikləri heroin və digər növdən olan narkotik vasitələr aşkar edilib.

Keçirilən daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər - Yusif Qarayev, Emin Paşayev, Əli Əlizadə, Qılman Babayev və Emil Zeynalov saxlanılıblar. Onlardan da satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə iki kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri