12 
Noy
2021
15:44
18
58
1617
Virtual karabakh

“Azərbaycan Dəmir Yolları”nın əməkdaşının məhkəməsi başlayır

12 Noy, 2021
15:44
1617

“Azərbaycan Dəmir Yolları”nın əməkdaşının məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşının cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Füzuli Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu ilin iyul ayının 13-də “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli İmişli İşarəvermə və Rabitə sahəsində fəhlə işləyən Allahverdi İmanovun iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, qeyd olunan müəssisədə elektrik mexaniki işləyən Əhliman Səfərovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilən şəxs kimi öz vəzifəsinin icrasına lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən fəhlə Allahverdi İmanov işıqforunun şüşəsini təmizləyərkən 7 metr hündürlükdən yerə yıxılıb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.

Əhliman Səfərov Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri