12 
Noy
2021
16:44
29
83
1292
Virtual karabakh

Gəncədə keçmiş arvadını öldürən şəxs məhkəmə qarşısında cavab verəcək

12 Noy, 2021
16:44
1292

Gəncədə keçmiş arvadını öldürən şəxs məhkəmə qarşısında cavab verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

26 may 2021-ci il tarixdə Gəncə şəhər sakini Günay Amanovanın öldürülməsi faktı ilə bağlı  şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Günay Amanovanı qəsdən öldürüb.

Qafar Amanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri