17 
Noy
2021
10:04
219
17
1501
Virtual karabakh

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının istintaqı başa çatdı

17 Noy, 2021
10:04
1501

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının istintaqı başa çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri