17 
Noy
2021
11:40
226
20
2360
Virtual karabakh

Gəncədə avtoxuliqanlıq edən şəxslər ƏLƏ KEÇDİ - VİDEO

17 Noy, 2021
11:40
2360

Gəncədə avtoxuliqanlıq edən şəxslər ƏLƏ KEÇDİ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə VAZ markalı avtomobilin sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi, dövlət qeydiyyat nişanı olmadan minik vasitəsinin idarə edilməsi aşkar edilib.

Bundan başqa, araşdırmalar zamanı bəzi sürücülərin şəhər ərazisində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq sosial şəbəkələrdə paylaşması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkarlanıb.

Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara “Yol Hərəkəti haqqında” Qanunun tələbləri barədə məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri