17 
Noy
2021
18:28
186
35
1216
Virtual karabakh

Şəkidə ağacların kəsilməsi ilə bağlı cinayət işi açılıb

17 Noy, 2021
18:28
1216

Şəkidə ağacların kəsilməsi ilə bağlı cinayət işi açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki rayonu ərazisində ağacların qanunsuz kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı müəyyən edilib ki, Şəki rayonu Cumakənd kənd sakinləri Adil Cəfərov və Söhrab Talıbovun istifadələrində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, Əyriçay çayının mühafizə zolağından köküstə yaş olmaqla müxtəlif diametrli cəmi 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilərək aparılıb, nəticədə təbiətə 9 450 manat məbləğində ziyan dəyib.

Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Şəki Rayon Polis Şöbəsinə həvalə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri