19 
Noy
2021
10:14
29
394
11202
Virtual karabakh

Mingəçevirdə məktəbli qisas zəminində öldürülüb: 5 güllə vurulub - RƏSMİ

19 Noy, 2021
10:14
11202

Mingəçevirdə məktəbli qisas zəminində öldürülüb: 5 güllə vurulub - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Prokurorluğu məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun  şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri