23 
Noy
2021
12:46
122
17
1808
Virtual karabakh

Əmisi arvadını oğlunun gözü qarşısında öldürən şəxs hakim qarşısında

23 Noy, 2021
12:46
1808

Əmisi arvadını oğlunun gözü qarşısında öldürən şəxs hakim qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Hacıqabulda əmisi arvadını öldürməkdə təqsirləndirilən Elvin Axundovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə martın 31-də saat 01:00 radələrində Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.

Məlumata görə, E.Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisədən sonra E.Axundov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri