24 
Noy
2021
09:43
119
420
14579
Virtual karabakh

Azərbaycanda polis maşını mağazaya çırpıldı: Ölən və xəsarət alan var - YENİLƏNİB + FOTO

24 Noy, 2021
09:43
14579

Azərbaycanda polis maşını mağazaya çırpıldı: Ölən və xəsarət alan var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Gəncədə polis baş serjantının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün noyabrın 24-də saat 07:30 radələrində baş verib.

Belə ki, Gəncə Şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirib və küçədə yerləşən mağazalardan birinə çırpılıb. 

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır.

08:43

Gəncədə polis yol qəzasında ölüb.

Oxu.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Gəncə şəhər Mühafizə İdarəsinin əməkdaşları “Fiat” markalı xidməti avtomobil ilə hərəkətdə olan zaman, sürücü idarəetməni itirərək şəhər ərazisindəki icbari sığorta agentlərindən birinin ofisinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı R.Əliyev xəsarət alıb. O xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri