24 
Noy
2021
13:32
174
23
1809
Virtual karabakh

Həbsdə olan tanışına narkotik ötürmək istədi: Ələ keçdi

24 Noy, 2021
13:32
1809

Həbsdə olan tanışına narkotik ötürmək istədi: Ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən Azər Əmirpaşa oğlu Adıgözəlova tanışı, Siyəzən şəhər sakini Rəsul Məmməd oğlu Zəkiyev tərəfindən gətirilən sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan gödəkçənin astar hissəsində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 7,005 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 2,229 qram olan psixotrop maddə metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri