24 
Noy
2021
13:54
193
29
8301
Virtual karabakh

Bakıda sabiq polisin qızı həbs edildi

24 Noy, 2021
13:54
8301

Bakıda sabiq polisin qızı həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən F.Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il müdətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq, həbs qətimkan tədbiri seçilib və F.Quliyeva məhkəmə iclas zalında həbs edilib.

Zərərməkmişin mülki iddiası qismən (55 660 manat) təmin olunub.

İttiham aktına əsasən, hadisə 2018-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib. Belə ki, F.Quliyeva qonşusu M.Abbasovun evindən ümumilikdə 79 450 manatlıq oğurluq edib.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Quliyeva tutularaq istintaqa cəlb edilib.

Məhkəmədə ifadə verən F.Quliyeva özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, təqsirləndirilən qadının atası Tahir Qənbərov daha əvvəl daxili işlər orqanlarında çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri