24 
Noy
2021
14:26
19
328
9406
Virtual karabakh

Atalığı tərəfindən zorlanan 11 yaşlı qızdan XƏBƏR VAR

24 Noy, 2021
14:26
9406

Atalığı tərəfindən zorlanan 11 yaşlı qızdan XƏBƏR VAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Komitə sədri İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.

APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, qız davamlı şəkildə həm fiziki, həm də mənəvi təzyiqlərə məruz qalıb:

“Bu da onun psixoloji durumunda ciddi izlər buraxıb. Hazırda onun müalicəsi komitənin və aidiyyəti qurumların dəstəyi ilə davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçib. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların psixoloji yardıma yenə ehtiyacı var. Qızın vəziyyəti nəzərə alınaraq həftədə üç dəfə müəssisə daxilində təhsilə cəlb olunub. Terapiya başa çatdıqdan sonrakı durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər.

Məqsədəuyğun olmasa, təhsilini digər məktəbdə davam etdirəcək. Ailənin bu günə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri