24 
Noy
2021
16:47
326
46
2038
Virtual karabakh

Şəhid atasının avtomobilindən oğurluq edən şəxs ələ keçdi - FOTO/VİDEO

24 Noy, 2021
16:47
2038

Şəhid atasının avtomobilindən oğurluq edən şəxs ələ keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Hüseynov yaxın qohumu və həmyerlisi Röyal Həsənov ilə birlikdə noyabr ayının 16-da Goranboy rayonuna gələrək iki avtomobildən ümumi dəyəri 1 881 manat olan musiqi avadanlıqlarını oğurlayıblar.

N.Hüseynovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha iki analoji cinayət hadisəsini törətməsi məlum olub. Belə ki, saxlanılan şəxs cari ilin oktyabr ayında Goranboy rayonuna gələrək, Vətən müharibəsi şəhidinin atasına məxsus avtomobilə qeyri qanuni yolla daxil olaraq maqnitofon və səsgücləndiricini oğurlayıb.

Bundan başqa N.Hüseynov növbəti dəfə noyabr ayında vətəndaşa məxsus avtomobildən maqnitofon və səsgücləndiricini oğurlayıb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Goranboy RPŞ-də araşdırmalara davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri