29 
Noy
2021
11:32
39
159
1914
Virtual karabakh

Koronavirus xəstəsi bazarda alver edərkən aşkarlanıb - VİDEO

29 Noy, 2021
11:32
1914

Koronavirus xəstəsi bazarda alver edərkən aşkarlanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən şəhər sakini Səlimət Layıcovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs qaydaları kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən mərkəzi rayon bazarında tərəvəz məhsulları satarkən aşkar olunub. Onunla profilaktiki söhbətlər aparıldıqdan sonra müalicə aldığı evə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün ciddi təhlükə yaradan S.Layıcova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri