Dek
2021
14:48
16
132
3607
Virtual karabakh

Dəhşətli qətl, üç yaşlı uşağı öldürmək cəhdi: İşi araşdıran müstəntiqdən baş prokurora şikayət

Şəmkir rayonunun Şiştəpə kəndində həyat yoldaşını ağır yaralamaqda, qayınanasını öldürməkdə, iki və daha çox şəxsi öldürməyə cəhddə təqsirli bilinən İntizam Hüseynovun işi ilə bağlı yeni detallar üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, ibtidai istintaq zamanı işi araşdıran prokurordan şikayət olunub.

İntizam Hüseynovla onun arvadı Mahizər Hüseynova ayrıldıqdan sonra (məhkəmə hökmü olmadan) sonuncu uşaqları ilə birlikdə Şiştəpə kəndində anasıgildə yaşayıb.

2021-ci il iyulun 13-də İntizam Hüseynov uşaqlarını görməyə gələrkən onun arvadı ilə mübahisəsi yaranıb.

İntizam Hüseynov bu mübahisədən hiddətlənərək qisas almaq niyyəti ilə arvadını öldürmək qərarına gəlib.

Elə həmin gün əvvəlcədən əldə etdiyi bıçaqla arvadının üstünə hücum çəkib. Bu zaman səs-küyə onun qayınanası Sədaqət İbadullayeva çıxıb.

İntizam Hüseynov qayınanasının döş nahiyəsinə zərbə vurub, daha sonra arvadını öldürmək niyyətini başa çatdırmaq istəyib.

“Sədaqət İbadullayeva onun əlindən çıxıb qaçır, bundan sonra İntizam Hüseynov “övladın Mahizərin başını kəsəcəyəm” deyərək əlindəki bıçaqla arvadını öldürmək istəyib”,-deyə istintaq materiallarında qeyd olunub.

Arvadı Mahizər Hüseynovanı da bıçaqlamağa nail olarkən yaralı halda olan qayınanası özünü yetirib və kürəkəninin niyyətini həyata keçirməyə mane olmaq istəyib.

Səs-küyə Mahizər Hüseynovanın xalası, qardaşı, qardaşı arvadı çölə çıxıb.

İntizam Hüseynov arvadı və qayınanasını qəsdən öldürməyə cəhd edərkən Sədaqət İbadullayevanın bacısı tut ağacı ilə onun kürəyindən vurub.

İntizam Hüseynov bu dəfə arvadının xalasının üstünə gedib.

Bu zaman araya qarışan qaynını da hədələyib:

“İntizam Hüseynov bildirib ki, qaynının üç yaşlı övladını öldürəcək və onların soyunu kəsəcək”,-deyə istintaq materiallarında qeyd olunub.

İntizam Hüseynov üç yaşlı uşağa və onun atasına, anasına hücum çəkib onları qəsdən öldürməyə çalışıb. Ancaq arvadı özünü çatdıraraq əli ilə bıçağın tiyəsindən tutub, bu zaman bıçaq onun əlini kəsib.

Niyyətini həyata keçirə bilməyən İntizam Hüseynov hadisə yerindən uzaqlaşıb, onun qayınanası Sədaqət İbadullayeva isə aldığı xəsarətlərdən ölüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin iş üzrə hazırlıq iclası zamanı dövlət ittihamçısı Zaur Qasımov vəsatətlə məhkəməyə müraciət edib.

Belə ki, iş üzrə zərərçəkmiş azyaşlıya qanuni nümayəndə təyin edilməsi təmin olunmayıb.

Həmçinin məhkəmə tibbi ekspertizasının rəyi ilə Sədaqət İbadullayevanın ölümünün səbəbi müəyyən edilib.

Ancaq təqsirləndirilən şəxsə verilmiş ittihamda Sədaqət İbadullayevanın ölümünün səbəbi göstərilməyib.

Qısası, vəsatətdə göstərilir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən müstəntiq bir sıra pozuntulara yol verib.

Məhkəmə qərara alıb ki, Şəmkir Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, III dərəcəli hüquqşünas Cinayət-Prosessual Məcəlləsinin 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərini kobud surətdə pozub.

Müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan baş prokuroruna məlumat verilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri