30 
Noy
2021
15:40
212
20
1943
Virtual karabakh

Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb

30 Noy, 2021
15:40
1943

Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək bank kartlarından müxtəlif məbləğlərdə pulu mənimsəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bir qrup rayon sakini Laçın RPŞ-yə müraciət edərək müxtəlif məbləğlərdə pullarının mənimsənilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək onlara məxsus bank kartlarından pulları çıxararaq mənimsəməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Ayxan Qarayev və Elmir Əliyev saxlanılıblar.

Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri