Dek
2021
14:12
218
19
1721
Virtual karabakh

Narkotik maddə almaq üçün taksi sürücüsünü qarət edən şəxs SAXLANILDI - VİDEO

1 Dek, 2021
14:12
1721

Narkotik maddə almaq üçün taksi sürücüsünü qarət edən şəxs SAXLANILDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkmiş sürücü bir nəfər sərnişinin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib.

Deyilən ünvana çatanda isə müştəri onun 360 manatını götürərək hadisə yerindən uzaqlaşıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini İxtiyar Salahlı saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Saxlanılan şəxs narkotik vasitələr maddələr aludəçisidir və o, bu maddələri əldə etmək üçün qeyd edilən hadisəni törətdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur.

İxtiyar Salahlının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin “102” Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri