Dek
2021
18:26
19
435
7963
Virtual karabakh

Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı - YENİLƏNİB

3 Dek, 2021
18:26
7963

Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər dənizində insan meyitinin hissələrinin tapılması faktı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunur.

Həmçinin qeyd edilib ki, ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 

17:10

Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, insan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb. 

Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub. 

Fakt üzrə prokurorluq orqanlarında araşdırma aparılır.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri