Dek
2021
18:44
347
28
2789
Virtual karabakh

Sabunçuda narkotik satan qadın və kişi TUTULDU - FOTO/VİDEO

3 Dek, 2021
18:44
2789

Sabunçuda narkotik satan qadın və kişi TUTULDU - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Məhəmmədli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Kamran Rüstəmov və tanışı Aygün Məmmədova saxlanılıblar.

Onların qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı Kamran Rüstəmova məxsus ümumi çəkisi 1 kiloqram 205 qram olan marixuana, elektron tərəzi, narkotik vasitələri satmaq məqsədi ilə bükümlər formasına salan əşya, süngü və beşbarmaq bıçaqlar aşkar olunaraq götürülüb.

Kamran Rüstəmov ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri