Dek
2021
17:40
209
24
2370
Virtual karabakh

Bakıda avtomobildən 10 min manat oğurlayan şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO

3 Dek, 2021
17:40
2370

Bakıda avtomobildən 10 min manat oğurlayan şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə bir nəfər vətəndaş müraciət edərək bildirib ki, İ.Qutqaşınlı küçəsində idarə etdiyi avtomobilin qapısının açıq olmasından istifadə edən naməlum şəxs oradan oğurluq edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkən maşından içərisində 10 530 manat olan çantanın və 200 manat dəyərində mobil telefonun oğurlandığını bildirib.

Qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində oğurluğu etməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov saxlanılıb.

O, ifadəsində qeyd edilən avtomobildən oğurluq etdiyini etiraf edib. Onun avtomobildən oğurladığı pulun bir qismi yaşadığı ünvandan aşkar edilərək götürülüb. Məmmədəli Abbasovun avtomobildən oğurluq etməsi və hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

Saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. Məmmədəli Abbasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, “102” Çağrı Mərkəzinə, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri