Dek
2021
12:06
110
12
1351
Virtual karabakh

Amansızlıqla arvadını öldürmək istəyən şəxs hakim qarşısına çıxacaq

4 Dek, 2021
12:06
1351

Amansızlıqla arvadını öldürmək istəyən şəxs hakim qarşısına çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran rayonunda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilən Aqşin Mirzəyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il avqustun 27-i saat 21:00 radələrində 1985-ci il təvəllüdlü Aynur Mirzəyevanın Lənkəran rayonu ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü A.Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

A.Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri