Dek
2021
18:20
8
297
1977
Virtual karabakh

Ata həbsdə olan oğluna ayaqqabının içində narkotik keçirmək istədi

6 Dek, 2021
18:20
1977

Ata həbsdə olan oğluna ayaqqabının içində narkotik keçirmək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2 saylı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb

Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Naib Namiq oğlu Əliyevin atası Gəncə şəhər sakini Namiq Firuddin oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Belə ki, orada olan ayaqabının içərisində xüsusi üsulla gizlədilmiş, sellofan bükülüdə, ümumi çəkisi 1,935 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri