Dek
2021
10:50
79
8
1400
Virtual karabakh

Abşeronda keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır

7 Dek, 2021
10:50
1400

Abşeronda keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Kəmalə Sultanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Abşeron Rayon Prokurorluğunda istintaqla zərərçəkmişin keçmiş əri 1989-cu il təvəllüdlü Nurlan Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək azyaşlı uşaqlarının və anasının gözü qarşısında Kəmalə Sultanovanı qəsdən öldürməsinə və cinayətin qarşısını almağa çalışan Kəmalə Sultanovanın anasını itələyərək qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Nurlan Sultanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 127.2.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri