Dek
2021
14:28
20
164
2801
Virtual karabakh

Tovuzda bir qardaşı öldürüb, digərini bıçaqlayan şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB

8 Dek, 2021
14:28
2801

Tovuzda bir qardaşı öldürüb, digərini bıçaqlayan şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda bıçaqla həmkəndlilərinə xəsarət yetirən şəxsin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü kənd sakini Mehdiyev Maksim Cavanşir oğlu öz həmkəndliləri - 1964-cü il təvəllüdlü Əlirzayev Ənvər Qasım oğlunu ürək nahiyəsindən, 1960-cı il təvəllüdlü Əlirzayev Fərman Qasım oğlunu isə kürək nahiyəsindən bıçaqlayıb. 

Ə.Əlirzayev xəstəxanaya aparılarkən ölüb. 

Faktla bağlı araşdırma aparılır.

14:04

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakini olan iki nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onlardan birinin öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri