Dek
2021
15:52
19
179
4379
Virtual karabakh

Bakıda 20 min manatlıq oğurluğun görüntüləri - ANBAAN VİDEO

8 Dek, 2021
15:52
4379

Bakıda 20 min manatlıq oğurluğun görüntüləri - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib. Həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb. 
Ondan oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb. 

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Emin Cabbarovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri