Dek
2021
18:20
341
21
3273
Virtual karabakh

Polis paytaxtda əməliyyat keçirdi: 22 nəfər TUTULDU - FOTO/VİDEO

9 Dek, 2021
18:20
3273

Polis paytaxtda əməliyyat keçirdi: 22 nəfər TUTULDU - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 22 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində əvvəllər məhkum olunmuş Azər Qasımov saxlanılıb.

Onun üzərindən və yaşadığı evdən ümumilikdə 12 kiloqram narkotik vasitə, o cümlədən 10 kiloqram heroin, iki kiloqram “metamfetamin” və elektron tərəzi aşkar edilib.

Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ricad Babayev və tanışı Samir Təhməzov saxlanılıb. Onların üzərindən və istifadə etdikləri avtomobildən nar kisələrində qablaşdırılan doqquz kiloqram heroin və “metamfetamin”, 580 ədəd “metadon”, eləcə də “preqabalin” həbi aşkar edilib.

Daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 10 kiloqram heroin, “metamfetamin”, marixuana, tiryək və elektron tərəzi aşkar edilib.

Növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Röyal İsgəndərov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən üç kiloqram heroin, tiryək, “metamfetamin” aşkar edilərək götürülüb.

Adları sadalanan beş nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri qəbul edərək satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər.

Baş İdarə əməkdaşlarının Bakı şəhəri və Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanılıb.

Bu şəxslərdən beş kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, “ekstazi” və “metadon” həbləri aşkar edilib.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının Gəncə şəhəri, Yevlax, Cəlilabad və Masallı rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha altı nəfər saxlanılıb.

Bu şəxslərdən iki kiloqram müxtəlif növ narkotik maddə, elektron tərəzilər və satış zamanı istifadə etdikləri bank kartları aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş İdarə əməkdaşları tərəfindən son yeddi gün ərzində keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 22 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 40 kiloqram narkotik maddə və 1 258 ədəd psixotrop tərkibli həblər çıxarılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri