14 
Dek
2021
11:12
377
27
5178
Virtual karabakh

Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açıldı

14 Dek, 2021
11:12
5178

Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın hərbi-siyasi rəhbərliyi özünün təcavüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribatyönümlü hərəkətləri davam etdirir.

Bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib.

“Belə ki, bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb.

Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə  cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə  cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək”, - deyə, məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri