27 
Dek
2021
13:40
22
197
2144
Virtual karabakh

Azərbaycanda itkin kimi axtarışda olan şəxs məsciddən oğurluq edib

27 Dek, 2021
13:40
2144

Azərbaycanda itkin kimi axtarışda olan şəxs məsciddən oğurluq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda itkin kimi axtarışda olan şəxs məsciddən oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə dekabrın 24-nə keçən gecə Boradigah qəsəbəsi ərazisində yerləşən məsciddən bir ədəd plafon, bir ədəd elektron saat, üç ədəd yaddaş kartı, bir ədəd açar dəsti və bir ədəd mikrofonun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Əsədzadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar Z.Nəzərlinin itkin kimi axtarışda olması da müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri