10 
Yan
2022
09:54
135
6
1131
Virtual karabakh

Göyçayda silsilə oğurluqlar edən həmkəndlilər SAXLANILDI - FOTO/VİDEO

10 Yan, 2022
09:54
1131

Göyçayda silsilə oğurluqlar edən həmkəndlilər SAXLANILDI - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mağaza və evlərdən silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dekabr-yanvar aylarında polisə müraciət edən zərərçəkmişlər onlara məxsus ərzaq mağazasından pul və tütün məmulatları, evlərdən məişət əşyaları, eləcə də su nasoslarının oğurlandığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Hüngütlü kənd sakinləri - Yalçın Qəribov və Qismət Hacıyev şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, pulu isə öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri