10 
Yan
2022
09:58
105
7
1347
Virtual karabakh

Həmkəndlisini ov tüfəngi ilə güllələyən şəxs həbs edildi

10 Yan, 2022
09:58
1347

Həmkəndlisini ov tüfəngi ilə güllələyən şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 8-i saat 21:00 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rəsmi açıqlama verilib.

Xaçmaz Rayon Prokurorluğundan verilən məlumatda bildirilir ki, aparılan ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Nail Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri