10 
Yan
2022
10:48
111
51
2261
Virtual karabakh

Xızı sakini qohumlarından qisas almaq istədi: Barmağını kəsib polisə “qayınlarım edib” dedi - FOTO

10 Yan, 2022
10:48
2261

Xızı sakini qohumlarından qisas almaq istədi: Barmağını kəsib polisə “qayınlarım edib” dedi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polisə yalan məlumat verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Şəki rayon sakini S.Məşədiyev Xızı rayonunda olarkən qohumlarının ona xəsarət yetirdiyi barədə məlumat verib.

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxsin qohumları ilə münaqişə zəminində onlardan qisas almaq məqsədi ilə özünə xəsarət yetirdiyi müəyyən edilib.

S.Məşədiyev saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Süleyman Məşədiyev öz barmağını kəsərək, polisə yalan məlumat verib. O, barmağının qayınları tərəfindən kəsildiyini iddia edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri