10 
Yan
2022
18:04
318
23
2631
Virtual karabakh

Abşeronda silahlı narkotacir ələ keçdi - FOTO/VİDEO

10 Yan, 2022
18:04
2631

Abşeronda silahlı narkotacir ələ keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Masazır qəsəbəsində yaşayan Sərdar Talıbov tutulub.

Onun üzərinə baxış zamanı bir ədəd “Naqan” tipli tapança, iki ədəd patron və narkotik maddə olan marixuana aşkar olunub. Araşdırma zamanı bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi məlum olub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri