11 
Yan
2022
13:48
24
183
2174
Virtual karabakh

Ağsu sakini oğurladığı məişət əşyalarını satdı: Pulu əyləncəsinə xərclədi - FOTO

11 Yan, 2022
13:48
2174

Ağsu sakini oğurladığı məişət əşyalarını satdı: Pulu əyləncəsinə xərclədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkmiş şəxs Qaraqaşlı kəndində kirayə yaşadığı evdən satmaq məqsədilə saxladığı, ümumi dəyəri 11 000 manatdan artıq olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Qaraqaşlı kənd sakini Şükran Quliyev saxlanılıb.

O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə öz əyləncəsinə xərclədiyini bildirib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri