11 
Yan
2022
15:20
123
22
2334
Virtual karabakh

Sümükləri tapılan Xaçmaz sakininin itkin düşməsi faktı ilə bağlı prokurorluq hərəkətə keçdi

11 Yan, 2022
15:20
2334

Sümükləri tapılan Xaçmaz sakininin itkin düşməsi faktı ilə bağlı prokurorluq hərəkətə keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 ay əvvəl itkin düşmüş, sümükləri tapılan Xaçmaz rayon sakini Məhəmməd Əsədullayevlə bağlı Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir:

“Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, Xaçmaz şəhər sakini Məhəmməd Əsədullayevin 2020-ci il iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması faktına görə Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat şəxsin özünün və yaxud öldüyü halda meyitinin tapılması mümkün olmadığından 2020-ci il dekabrın 1-də dayandırılıb. 

2021-ci il dekabrın 11-də Xaçmaz şəhəri Qudyalçay çayının kənarında aşkar edilmiş insan kəllə sümüyü və insan sümüyünün fraqmentlərinin təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyinə əsasən itkin düşmüş Məhəmməd Əsədullayevə məxsus olması məlum olub.

Hazırda Xaçmaz Rayon Prokurorluğunda cinayət işi üzrə icraat təzələnərək istintaq davam edir. Məhəmməd Əsədullayevin ölümünün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi kriminalistik ekspertizası təyin edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri