12 
Yan
2022
16:10
260
12
2616
Virtual karabakh

Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb - FOTO

12 Yan, 2022
16:10
2616

Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Vüqar Məmmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. V.Məmmədov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən daimi postda Şirvan şəhər sakini  Abbasqulu Şadlinski idarə etdiyi “Renault”, İsmayıllı rayonunun Diyallı qəsəbəsi ərazisində yerləşən daimi postda isə Qalagah kənd sakini Elnur Mahmudov idarə etdiyi VAZ-21214 markalı avtomobillərlə yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıblar.  

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələri ilə A.Şadlinski, 329.3-cü, 332.1-ci və 334.1-ci maddələri ilə E.Mahmudov barəsində protokollar tərtib olunub.    

Abşeron Rayon Məhkəməsinin qərarı ilə A.Şadlinski 6 ay müddətində sürücülük hüququndan məhrum edilib, İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə E.Mahmudov 10 gün müddətinə inzibati qaydada həbs edilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri