12 
Yan
2022
14:16
240
25
5710
Virtual karabakh

Bakıda quldurluq edən qadın saxlanılıb - FOTO

12 Yan, 2022
14:16
5710

Bakıda quldurluq edən qadın saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonu Hövsan qəsəbəsində qadına qarşı quldurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Zərərçəkən evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib. 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib. Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir mənzildən də məişət əşyaları oğurladığı məlum olub. 

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Şəhanə Nəbizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri